Təvəkkül Goruslu (Məmmədov) – Şeirlər

YALIN SÖZLƏRİ

Qəlbimdə bir məchul hərlənir çoxdan,
Onu həll etməkdə aciz deyiləm.
İnsanı yaratmış Allahım yoxdan,
Mən haqdan yarandım, ucuz deyiləm!

Könlümü dalayır xırda tərpəniş,
Nələri görürəm, nələr duyuram.
Məni inandırmır görülən hər iş,
Təbliğat bilirəm, yanlış sayıram.

İri balıqlardı böyük ölkələr,
Xırda məmləkəti kilkə sanırlar.
Ədalət qışqırır yazıq kilkələr,
Naqqalar çoxdandı haqqı danırlar.

Himayə görüncə bəzi kiçiklər,
Üfrülüb olurlar köpək balığı.
Dişlərin qıcırdıb həmin küçüklər,
Unudur Allahı, Tanrı, Xaliqi.

Varını güddükcə ölkə içində,
Varlılar xalqından aralı düşür.
Hər şeyə güc gəlir sərvət seçimdə,
Etiqad, etimad sıralı düşür.

Bir ovuc insana göstərir xidmət,
Mənafe yönündə dövlət deyilən.
Nəhayət qurulmur adil cəmiyyət,
Azalmır əzilən, ya ki, döyülən.

Qurana, kitaba istintad edib,
Aldadır, məhv edir insan insanı.
İmandan gizlənib, tərs inad edib,
Ölümə sövq edir, çəkir cahanı.

Hər kəsin ruhunda canavar yatır,
Biri digərində öz ovun görür.
Adamlar var üçün mənliyin satır,
Bacaran haramdan bir qala hörür!

Yazdıqca qutarmır bu bəla, bu dərd,
Əziz oxucular, yordum sizləri.
Siz məni əfv edin, oldum bir az sərt,
Zibaya bükmədim yalın sözləri.

27. 05. 2020.

Təvəkkül Goruslu (Məmmədov) – Şeirlər

BAĞIŞLAMAZ

Qarabağda yallı gedən erməni,
Biz yenə də yatdıq, yenə də durduq.
Kar olduq, itirdik həm də görməni,
Nə Şuşanı vurduq, nə səni vurduq!

Qarabağda məclis quran erməni,
Müqəddəs ruhları atəşə verdin!
Göstərdin itliyin, həm də hürməni,
Sahibsiz qapıdan məscidə girdin!

Həyadan, ismətdən məhrum erməni,
Yaman vurulmusan səbrinə türkün.
Altında hələ ki, bərkit kərməni,
Bir gün rast olarsan cəbrinə türkün.

Bizi dişlərinə vuran erməni,
Bizi bizdən yaxşı tanıyırsan sən.
Teatr edirsən yurda girməni,
Bizləri hər vəchlə sınayırsan sən.

Yaman arxayınsan əbləh erməni,
Unutqan olmamız səni qudurdur.
Heç də düşünmürsən əvəz verməni,
Rusa heç kim deməz ” itini durdur “!

Torpağım istila edən erməni,
Sən artıq bilirsən biz nə seçərik.
Şuşa tək müqəddəs qəlbə girmənə,
“Təxribat ” möhürü vurub keçərik.

Ay alçaq erməni, sırtıq erməni,
İndi də yurdumu məskən edirsən.
Cənnət eyləmişik sənə türməni,
Hara istəyirsən ora gedirsən.

…Bir onu bilirəm Şuşa, Qarabağ,
Gözləyir bizlərdən boz qurd sərtliyi.
Geri qaytarmasaq hər dərə, hər dağ,
Heç vaxt bağışlamaz bu namərdliyi! !!

24 05. 2020.

Təvəkkül Goruslu (Məmmədov) – Şeirlər

AĞLA

Nadanlar kürsüyə sinəsin gərib,
Millətə sən boyda ağrı, dərd verib,
Sən orda qəribsən, mən burda qərib,
Mən səni ağlayım, sən məni ağla!

Təpiklər altında yaradır sinən,
Ocağındı sönən, odundu sönən,
Onurumdu sınan, qürurdu sınan,
Mən səni ağlayım, sən məni ağla!

Köksündə Şuşaydı müqəddəs olan,
İndisə adıdır bizlərə qalan,
Sən orda viransan, mən burda talan,
Mən səni ağlayım, sən məni ağla!

Oturaq diz – dizə, qalaq diz – dizə,
Çəkingən baxışla baxaq göz – gözə,
Tüpür bizdə olan qorxacaq üzə,
Mən səni ağlayım, sən məni ağla!

Məmurlar rüşvətin, pulun peşində,
Millət öz işində, dövlət işində,
Guya ki, qaziyik medal döşündə,
Mən səni ağlayım, sən məni ağla!

Silahlar dinməsə, gəlməsə dilə,
İllər, qərinələr keçəcək belə,
Bu cür tərpənişlə bitməz bu çilə,
Mən səni ağlayım, sən məni ağla!

Goruslu ağlayır əsir torpağın,
Özünün vətəndə qəriblik çağın,
Dağları, daşları yandırsın ağım ,
Mən səni ağlayım, sən məni ağla!

26. 05. 2020.

Müəllif: Təvəkkül Goruslu (Məmmədov)

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ