ƏZİZ DOSTLAR!

XAHİŞ EDİRƏM, “5 GÜNLÜK DÜNYADIR” İFADƏSİNİ İŞLƏTMƏYİN!!!


“…əks halda Nazirlər Kabineti Yanında Operativ Qərargah (NKYOQ) Azərbaycan Xalqına verdiyi əmrlərə görə məsuliyyət daşımayacaq. Deyəcək ki, Sizin dediyinizi reallaşdırırıq.
Qonşumuz, botanik Balış müəllim şənbə günü son ildə Azərbaycanda peyda olmuş yeni Kəpənək növünü ovlayıb onun fizioloji və bioloji təhlilini aparmaq istəyirdi. Bakıda və bir neçə rayonda peyda olmuş bu yeni Kəpənək nəsli zahirən rəngarəng olsa da, Balış müəllimin ehtimallarına görə çox təhlükəlidir və iribuynuzlu mal-qaraya ciddi ziyan verə bilər. Lakin Balış müəllimin bu elmi ezamiyyəti baş tutmayacaq. Səbəb?
NKYOQ Azərbaycanda Şənbə və Bazar günləri heç kimə evdən çıxmağa icazə vermir! Pay atonnan!
Anlamadım… (son vaxtlar hər şey elə tez baş verir ki, özümü gerizəkalı hiss edirəm) Bu andıra qalmış koronavirus dövründə Azərbaycan Respublikasının Prezidentindən tutmuş balaca bir məktəbliyədək hamı NKYOQ-a tabedir və onların qərarlarını yerinə yetirir. Heç kimin heç şübhəsi də yox idi ki, həmin o NKYOQ-a ölkənin ən ağıllı və seçilmiş insanlarını yığıblar ki, bizi millət olaraq bu soxa pandemiyadan xilas etsinlər…
Gec də olsa, bu NKYOQ müxtəlif əmrlər verməyə başladı ki, vəziyyət düzəlsin. Fəaliyyətlərinin əvvəlində gündə 5-10 nəfər yoluxurdusa, bu gün artıq gündə 300 adamdan çox xəstələnir. Bunun yaxşı İŞ olub-olmamasını oxucunun müzakirəsinə buraxıram. Axı biz onların dediklərini tam şəkildə həyata keçirirdik. Hətta keçirə bilməyənləri cəzalandırırdılar… Yadınızdadır?! – hətta millət olaraq hamımız bu bəladan xilas olmaq üçün pul da atışdıq. Və… Nəticədə xəstələrin sayı gündəlik 300-dən yuxarı qalxdı…
Yazının əvvəlində etiraf etdiyimi nəzərə alsaq ki mən gerizəkalıyam, onda məndə və yeni növ Kəpənək nəsli ilə məşğul olan Balış müəllimdə də yaranan suala normal yanaşarsınız: İndi mən anlamıram, bizim bu NKYOQ əmrlərini düşünmədən verir, yoxsa bu əmrləri düşünərək verir? Niyə gündəlik xəstələrin sayı 170 olanda və artaraq 200-ə çatanda dükan və ticarət mərkəzlərini açırdınız ki, indi də həyatımızdan şənbə və bazarı ləğv edəsiniz?
Gerizəkalı olsam da, bir onu bilirəm ki, bütün Azərbaycan zəhmətkeşləri şan-şöhrətlə bütün həftəni çalışıb şənbə-bazar gününə müəyyən planlar salmışdı… NKYOQ bu planların üstündən sadə bir əmrlə xətt çəkdi!
Yaxşı, deyək ki 5 günlük dünyadır, biz cəhənnəm, bəs Balış müəllimin Kəpənəklərlə bağlı vacib elmi ezamiyyəti nə olacaq? Axı Kəpənəklər, bildiyiniz kimi, uzunömürlü olmur…”

Hörmətlə: Vahid Mustafayev

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ