Bilmirəm həyatda kimi sevmişəm?

İllərdi qəlbimdə olan sevgimi,
Bu gün bir məzarda dəfn eyləmişəm.
Mənim gözlərimdə qalan eşqimi,
Sənin gözlərində mən itirmişəm.
Bilmirəm həyatda kimi sevmişəm?

Buna sevgi deyim,ya hismi deyim,
Dolanır gözümdə bir nifrət hissim,
Dilim də dolaşır gəlmir nəfəsim,
Səni axtarmışam,səni gəzmişəm,
Bilmirəm həyatda kimi sevmişəm?

Mənə ömür deyil bir əzab oldun,
Bu çətin yollarda məni tək qoydun,
Bu sevgidən söylə beləmi doydun?
Sənsiz həm bağçanı ,bağı gəzmişəm,
Bilmirəm həyatda kimi sevmişəm?

Vidadi həsrətdi sevgi bağına,
İndi mən nə deyim sənin adına,
Düşmüşəm sevginin əzab yoluna,
Tənha qalıb,tənhalığı seçmişəm,
Bilmirəm həyatda kimi sevmişəm?

Müəllif: Vidadi Ağdamlı

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ