
QALDI
Axır ki, dolanıb üz-üzə gəldik,
İlıq yaz günündə göz-gözə gəldik,
Baxışlar danışdı,bir sözə gəldik,
İlk eşqə şahidlik, güllərdə qaldı.
Lal olduq… baxışlar,ürəklər dindi,
Titrəyən ürəklər əllərə endi,
Çiçəklər boylandı, çəmən sevindi,
“Sevirəm” sözümüz dillərdə qaldı.
Mən getdim,arxamca izimlə gəldin,
Bir kəlmə dediyim sözümlə gəldin,
Dözdün hər əzaba, dözümlə gəldin,
Möhnəti axıtdıq, sellərdə qaldı.
Sevginin əzabı… sevinc, kədəri,
Sən demə,sonraymış hələ betəri,
Vəfamızla yazdıq ömrü,qədəri,
Eşq yandı, atəşi küllərdə qaldı.
Müəllif: Mayıl Dostu
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ