
Tanınmış yazıçı-publisist, şair Sona Abbasəliqızının (İsmayılova) yeni kitabı çapdan çıxıb. “Elm və Təhsil” nəşriyyatında nəşr olunmuş kitabın maliyyə xərclərini Dövlət Neft Şirkəti qarşılayıb.
“Sözün Xaqanı” adlanan kitabın redaktoru və ön sözün müəllifi filologiya elmlər doktoru, professor Nadir Məmmədlidir.
Kitabın içində bir roman, bir povest və 3 hekayə yer alıb.
Kitaba son sözü isə Ağrı İbrahim Çeçen Universitesi Eğitim fakültesi dekanı və Atatürk Universitesi Kazım Karabekir Eğitim fakültesi yabancı diller Eğitimi bölüm başkanı, Dr. Professor Melik Bülbül yazıb.
Müəllif Sona Abbasəliqızı bildirib ki, kitabı 2018-ci ildə başlayıb 2020 -ci ildə bitirib.
“Mən bu kitabı iki ilə yazmışam, çox əziyyət çəkdim. İran və Azərbaycan arxivlərindən istifadə etmişəm. Xaqani Şirvani haqqında belə bir kitab ilkdir. Eyni zamanda, mən bir çox tarixçilərlə müzakirələr aparmışam. Xeyli əziyyətdən sonra ortaya belə bir kitab qoydum. Kitab 156 səhifədir. Hələ ki, 1000 tirajla çap olunub”.
Kitabın özəlliklərindən biri Xaqani Şirvani haqqında yazılmış romanın ədəbiyyatımızda bir ilk olmasıdır.
Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayır və nəzərinizə çatdırırıq ki, kitab ölkəmizin şəhər və rayonlarında satışda olacaq. Kitabın təkrar nəşrləri də artıq planlaşdırılb.
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ