
YAZARLAR TƏLTİF OLUNDU
Milli Mətbuat Günü münasibəti ilə bir qrup yazar “Yazarlar” jurnalı, “ustac.az” Fərdi İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən “Bayram Bayramov” diplomları ilə mükafatlandırılıb. Milli Mətbuatımızın 145 illiyi ilə əlaqədar hələ ötən ilin iyun ayından davam edən “Bayram Bayramov – 100” layihəsi çərçivəsində elan olunmuş və düz bir il davam etmiş müsabiqə nəticəsində yuxarıda adı keçən orqanlar tərəfindən bir nəfər “İlin yazarı” və on iki nəfər “Ayın yazarı” seçilməli idi. Əvvəlcədən elan olunduğu kimi, avtomatik qaydada insan əməyi olmadan, elektron sayğacların göstəricilərinə əsasən tam şəffaf qaydada yekunlaşmış müsabiqənin nəticələrinə görə ötən ilin sentyabrında dünyasını dəyişmiş İldırım Əkbəroğlu “İlin yazarı” və müvafiq olaraq, Lilpar Cəmşidqızı, Təranə Məmməd, Nazim Yaquboğlu, Əsmər Hüseyn Xan, Sona Amal (Teymurbəyli), Sona Abbasəliqızı (İsmayılova), Ustad Adil Cəfakeş, Əbülfət Mədətoğlu, Aysel Xanlarqızı – Səfərli, Ülkər Nicatlı, Təvəkkül Goruslu (Məmmədov), Aysel Nazim (Əliyeva) “Ayın yazarı” adına layiq görülərək, öncədən nəzərdə tutulduğu kimi “Bayram Bayramov” diplomları ilə təltif olunmuşlar. Diplomlar mövcud şəraitə uyğun olaraq heç bir kütləvi tədbir olmadan tək-tək fərdi qaydada mükafatçılara təqdim olunacaq. Milli Mətbuat Günü münasibəti ilə bütün yazarlarımızı və eləcə də mükafatçıları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!
Zaur Ustac,
“Yazarlar”ın baş redaktoru.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ