REDAKSİYAYA  MƏKTUB  GƏLİB

“Günəşin Nuru” antologiyası barədə oxucunun məktubu.Mənim adım Aysel Həsənovadır. Mən boş vaxtlarımı kitabxanalarda kitab oxumaqla dəyərləndirməyi çox sevirəm. Daha çox isə şeir kitablarını oxumağa üstünlük verirəm. Mənim üçün şeir bir bağımlılıqdır,oxuduqca oxumaq istəyir insan, duyğular alovlanır,bir baxımdan hər misrasında özünü tapırsan.Gah üzülürsən, gah da o şeiri sanki şair sizə yazmış kimi hiss edirsən… Bu yaxınlarda kitabxanada “Günəşin nuru”antologiyası ilə tanış oldum. Kitabın səhifələrində sanki özümü tapdım. Bəzi sətirlərdə kövrəldim, bəzisində getmədiyim yerlər qalmadı, bəzi sətirlərdə fərqli zamanlara səyahət etdim və təsirindən oyanmamış bir də eşitdim ki, gənc şairəmiz Esmira xanımın təşəbbüsü ilə “Günəşin Nuru 4” antologiyası nəşr olunub. Məni özünə belə bağlayan bir kitabın davamının olmasına sevindim. O biri kitabları kimi bu kitabında faydalı olacağına əminəm. Oxuduğunuz zaman peşiman olmayacağınız, hər sətirində özünüzü tapacağınız bir kitabdır “Günəşin Nuru” antologiyası. Hamının başa düşəcəyi tərzdə yazılan, müxtəlif yerlərdən qəlbi, düşüncəsi zəngin şairlərin qələmlərindən vərəqlərə süzülən şeirlər toplusundan ibarət olan “Günəşin Nuru 4” antologiyası hər birimizi duyğulandırmağa, düşündürməyə, ruhlandırmağa və bir sözlə Vətənə olan məhəbbətimizi daha çox alovlandırmağa səbəb olacaq və buna görə də bu antologiyanın işıq üzü görməsi üçün əziyyət çəkən, insanlar üçün faydalı olmağa çalışan Esmira xanıma təşəkkür edirəm. Antologiyada şeirləri nəşr olunan şairlərin hər birini təbrik edirəm. Çox istərdim ki, tezliklə karantin qadağaları sona çata və bu gözəl kitabların müəlliflərini yaxından görüb, bir oxucu kimi imzalı kitablarını əldə edə bilək.

Müəllif: Aysel Həsənova

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ