Rəssam: Sehran Allahverdi

ÇƏK

Rəssam, götür fırçanı,

Məni yavaş – yavaş çək.

Başı ayaq yerinə,

Ayaq yerinə baş çək.

<<<Adil Cəfakeş>>>

Çəkməginən şən məni,

Çək kədərlə tən məni.

Bəzəmə haa, sən məni,

Üst – başımı nimdaş çək.

<<<Adil Cəfakeş>>>

Nə xəbər al, nə də sor,

Qətiyyən olma dilxor.

Sağ gözümü tamam kor,

Solu isə sən çaş çək.

<<<Adil Cəfakeş>>>

Gör nə nəyə tay durub,

Hansı yerdə say durub.

Sən özündən uydurub,

Gözümün üstə qaş çək.

<<<Adil Cəfakeş>>>

Demə mənə bircə söz,

Mənə acısan da, döz.

Ayağımın altda köz,

Başımın üstdə daş çək.

Şeirin müəllifi: Adil Cəfakeş

.

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ