
“Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat”ı
Görkəmli şairimiz Şahmar Əkbərzadənin anım günü ərəfəsində tanınmış yazar Kənan Hacı “VEKTOR” Beynəlxalq Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsindəki uğurlu fəaliyyətinə görə yazarlara təqdim olunan “Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat”a layiq görülüb. Kənan Hacıözü bu barədə belə deyib: – “Məni “Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat”a layiq gördükləri üçün “VEKTOR” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri, dəyərli elm adamı, şair, əziz dostum Elçin İsgəndərzadəyə təşəkkür edirəm!”
Biz də öz növbəmizdə sevimli yazarımız Kənan Hacı nı “Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafat”a layiq görülməsi münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Kənan müəllim!!!
Qeyd:
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ