Ay Vətən!….

Candan əziz hər qarışı, bərəsi,

Keçilməzi, dağı, daşı, dərəsi.

Gözəllikdi başdan-başa hərəsi…

Torpağına qurban olum , ay Vətən!….

<<<<Mərziyə Sarvan>>>>

Aşıqları saz götürüb dilləşən,

Cəngi çalıb,igidləri güləşən,

Maral qaçan, ceyran-cüyür mələşən

Oylağına qurban olum , ay Vətən!….

<<<<Mərziyə Sarvan>>>>

Uluların, əcdadların mədfəni,

Gözəlliklər, bağça-bağlar gülşəni,

Zümrüd meşə, buz bulaqlar məskəni

Yaylağına qurban olum, ay Vətən!….

<<<<Mərziyə Sarvan>>>>

Yüksəklərdə dalğalanan, görünən,

Uğurunda səngərlərdə sürünən,

Şəhidlərin tabutuna bürünən

Bayrağına qurban olum, ay Vətən!….

<<<<Mərziyə Sarvan>>>>

Ulduz olub zülmətlərdə sayrışan,

Sənsiz keçir günüm hər an pərişan.

Birdən-birə çönüb, halı dəyişən,

Növrağına qurban olum , ay Vətən!…

02.09.2020.


Müəllif: Mərziyə Sarvan

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ