SALAM, MƏMLƏKƏT !

Gün çıxıb, sən hələ yuxulardasan,
Ömrü yuxularda talan məmləkət.
Min ildi baxıram, görüm hardasan-
Dünyanın küncündə solan məmləkət,
Salam, məmləkət!

Sən nə gün verənsən, nə işıq düşən,
Dünəni bu günlə qarışıq düşən,
Əlləri qoynunda dolaşıq düşən,
Əlləri qoynunda qalan məmləkət,
Salam, məmləkət!

Mən sənə dərd deyim – sən məni ovut,
Ümidim-içimdə əsir düşən qurd…
Mən – küncdəki adam, sən – küncdəki yurd,
Ölsün mənim kimi balan, məmləkət,
Salam, məmləkət!

Sankt-Peteburq – Bakı
19 noyabr 1991-ci il.

Müəllif: Elçin Mirzəbəyli

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ