ZƏFƏR VAR!

 (Böyük Türk sərkərdəsi Hulusi Akara ithaf.)

Əzəldən günəş -bayraq, səma bizə göy çadır,

Zaman özü şahiddir türkün od nəfəsinə.

Diri Şəhid ruhları qan yaddaşı oyadır,

Tarixin nizə səsi dəyir raket səsinə.

<<<<Adilə Nəzər — Zəfər var — Adilə Nəzər>>>>

Qarşımızı alammaz daha heç bir maneə,

Qaranlıqdan işıqlı səhərlərə səfər var.

Bizə işləyir artıq hər qiymətli saniyə,

Gözləyirik tezliklə qələbə var, zəfər var.

<<<<Adilə Nəzər — Zəfər var — Adilə Nəzər>>>>

Mərddir hər bir əsgərim, mərddir hər bir qardaşım.

Türkün son əməli də ilk verdiyi söz olur..

Sevincimdən sel olub boğur məni göz yaşım,

İki qardaş birləşib, bir yumruqda biz olur.

<<<<Adilə Nəzər — Zəfər var — Adilə Nəzər>>>>

Sağalacaq zamanla torpağın şırımları.

Bundan belə yurdumda yad ocağı alışmaz,

Səbirlə, təmkin ilə keçib aşırımları,

Haqqa üz tutanlarıq,- haqla nahaqq qarışmaz.

<<<<Adilə Nəzər — Zəfər var — Adilə Nəzər>>>>

Qəlbim də qələmim tək güləcəkdir, əminəm,

Daha qandan silkinib gül açıb göyərəcək.

Bir Türk qəhrəmanını qoy gətirim nümunə

-Hər dövlətə Hulusi Akar tək paşa gərək.

08.09.2020.

Müəllif: Adilə Nəzər



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ