Elçin (Bağırov Elçin xidməti borcunu yerinə yetirərkən həlak olub), ruhun şad olsun… Zəngilan artıq işğal altında deyil… Sən orda olmasan da qardaşların bu işi şərəflə gördülər… Zəngilan azad olundu… Rahat uyu, Qardaş…

QISA ARAYIŞ

Bağırov Elçin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artileriya Fakültəsinin Hava Hücumundan Müdafiə ixtisası üzrə məzunudur. Naxçıvan Muxtar Respublikasında xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Elçin və onun ailəsi bu məlum münaqişədən ən çox əziyyət çəkənlərdən və eyni zamanda Qarabağ, Zəngilan uğrunda mücadilə edən, qurban verən, bir gün mütləq ora qayıdacağına ümid edənlərdəndir… Elçinin ailəsində atası, özü və iki qardaşı da bu yolun yolçusu olub, əyinlərinə hərbi forma geyərək həyatlarını bu işə, ömürlərini bu peşəyə fəda ediblər. Atası və bir qardaşı Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Bir qardaşı həmin müharibə zamanı Zəngilan uğrunda gedən döyüşlər zamanı itkin düşüb… Elçin onu şəhid olmuş hesab edirdi… Öz həyatıda ömrünün ən yaxşı çağında bu amal uğrunda yarımçıq qaldı… Allah rəhmət eləsin…

Ruhun şad olsun, Qardaş… Arzun həyata keçdi. Elçinin 90-cı illərdə BABKM-da oxuyarkən çəkilmiş fotoları:

Bu gün – 20.10.2020-ci ildə həmişə Zəngilanın işğalı günü kimi qeyd etdiyimiz 29 oktyabra (29.10.1993) 9 gün qalmış bu gün ləğv oldu… Artıq zəfər günü, Zəngilanın işğaldan azad olunduğu gün var təqvimdə. Bu tarixdir. Şanlı bir tarix… Rahat uyu, Qardaş… Ruhun şad olsun…

Zəngilanlı Elçinin ruhuna sayğılarla: Zaur Ustac


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ