ŞƏHİD 


Önündə açılar şəhadət yolu, 

Ruhunu göylərə göndərən Şəhid! 

Bu Vətən, bu torpaq səninlə ulu, 

Torpağı Vətənə döndərən Şəhid! 

<<<Təvəkkül Goruslu>>>


Qəlblərdən,  könüldən deyir ki, bir səs, 

Yatdığın bu yerlər,  yurdlar müqəddəs. 

Azadlıq toxumun səpmədin əbəs, 

Bayrağı məzara endirən Şəhid! 

<<<Təvəkkül Goruslu>>>


Qan deyil,  cövhərdir cismindən daman, 

Rəhn olub qəlblərdə o zaman – zaman, 

Nəsillər böyüdər şəhadət uman, 

Qorxunu oduyla söndürən Şəhid! 

<<<Təvəkkül Goruslu>>>


Qanınla istiqbal göyərdən torpaq, 

Ucaldar,  yüksəldər min budaq – budaq, 

Xalqımdır,  elmdir əzminə ortaq, 

Ruhuna fatihə dindirən Şəhid! 

Müəllif: Təvəkkül Goruslu


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ