Vətənə qayıdırıq!


Sən məndən bədgümandın, ata, oğluna sevin,

Qırırıq zəncirini əsarət adlı divin,

Hazırlaş, yol üstəyik, gözləyir oban, evin,

Didərgin bir ruh kimi bədənə qayıdırıq,

-Ata, gözümüz aydın, Vətənə qayıdırıq. 


Düzdü, o baş bu başı olmasa da Vətənin, 

Biz burdan göyərmişik, burda səpilib dənim,

Hər qarışı müqəddəs, yurdum, yuvam, məskənim,

O mübarək torpağa, o dənə qayıdırıq,

Ata, gözümüz aydın,  Vətənə qayıdırıq. 


Otuz ildi namərdlər hökm etdi mərd yerinə,

İçimdə ulayırdı qisasım qurd yerinə,

Mən daha qaçqın oğlu deyiləm, yurd yerinə,

O bəxtəvər günlərə, ötənə qayıdırıq,

-Ata, gözümüz aydın, Vətənə qayıdırıq.


Azadlığa qovuşan azad quşam, gəlirəm,

Susuz dəyirman kimi soğulmuşam, gəlirəm, 

Kəlbəcərim, darıxma, dayan, Şuşam, gəlirəm,

Gözünün işığına, didənə qayıdırıq,

-Ata, gözümüz aydın, Vətənə qayıdırıq. 


Ali baş komandanım, aliliyin bilindi,

Qələbənlə ucalan millətindi, elindi,

Qaçqın, köçkün adları üstümüzdən silindi,

Yenidən doğuluruq, bətnə qayıdırıq,

-Ata, gözümüz aydın,  Vətənə qayıdırıq!


Müəllif: Məmməd Qədir


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ