Bu gün (20.11.2020) uzun bir ayrılıqdan sonra Ağdama qovuşduq… Şükür Böyük Allahın ədalətinə tamarzı köçmədik bu dünyadan… Bu münasibətlə Ağdamın sayılıb-seçilən ziyalılarından olan Famil Mehdi nin bir şeirini sizlərə təqdim etmək istəyirəm. Ruhu şad olsun…

BİR DAHA DEMƏRƏM TAMARZIYAM MƏN

Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən.

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən.

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Dinlə “çahargahı”, eşit “Qatarı”,

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən.

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da,

Qədim Qobustanın qayalarında

Pozulmaz, silinməz bir yazıyam mən.

<<<AĞDAM HAQQINDA ŞEİRLƏR>>>

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm.

Bir daha demərəm tamarzıyam mən.

Müəllif: Famil Mehdi

FAMİL MEHDİ HAQQINDA BİR NEÇƏ KƏLMƏ

“Rafiq Əliyev: “…Famil Mehdinin keçdiyi yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma onu Famil zirvəsinə apardı.

O, bu yolda “sevinc də, qəm də…” yedi. O zirvəyə onu heç kim qaldırmadı. özü qalxdı…”

…Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. Öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran insan kimi Famil Mehdi də məhz bu cür hörmətə layiq olan insan idi.

Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, mənalı ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir… Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.

Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası böyük İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə aparan böyük ömür yolu keçmişdir. Bu yol Familin öz yoludur.

Bu 68 illik məsafəsi olan yolun 50 ilinə bələd olan bir dost kimi deyə bilərəm ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma Famil zirvəsinə apardı. O, bu yolda “sevinc də, qəm də…” yedi. O zirvəyə onu heç kim qaldırmadı. özü qalxdı.

Famil müəllimlə ilk tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə oxuyarkən onun Ağdam mədəniyyət evində keçirilən poeziya gecəsində “Ana” şeirini oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı idim, hərdənbir şeirlər də yazırdım. Familin iki bəndlik, lakin məna yükünə, süjetinə görə böyük ədib, yazıçı-professor Mir Cəlalın dediyi kimi “…böyük bir poemaya bərabər” bu şeirini dinləyəndə gördüm ki, onda necə dəqiq, incə müşahidə var. Onda fəhmən duydum ki, Famil Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə aparan yoldur. Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.”

İLKİN MƏNBƏ:  “TƏZADLAR” QƏZETİ (dekabr2009)


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ