Ana həsrəti

Dünyanın yaddaşı xarab olubdu,

Çıxmışam yadından bütün dünyanın.

Hər tərəf sözçüylə, sözlə dolubdu, –

Laylası çağlayır təkcə anamın.

* * *

Yenə qucağına pənah gətirdim,

Bu boyda, bu yaşda uşaq olurmu?

Mən nə tapmışam ki, səni itirim…

Dizini mənə ver, üstə oturum.

* * *

Bir kürsü tapmadım, qaldım ayaqda,

İllər yordu məni, incidim ana.

Həsrətin yaxında, özün uzaqda,

Çox gecmi gəlirəm sənin yanına?

* * *

Qucağın göynəyir hərdən, bilirəm,

Həsrətin böyüyüb, böyük olsa da.

Sənin ürəyini gizlədir sinən,

Nə qədər sevgimiz ora dolsa da…

* * *

Ana ürəyinin hikmətidir bu,

Ana, ürəyinə çəpərdi sinən.

Girib ürəyinə, gizlənim bir az,

“Kimsə yoxdu burda” – sorsalar denən.

* * *

Bir layla deginən, ovunum bir az,

Şirin yuxularım dönsün geriyə…

Bir layla deginən, uyuyum bir az,

Körpə qoxularım gəlsin yerinə…

* * *

Ana, bağrına bas, ovundur məni,

Bir az ağır olsam, qorxma, incimə.

Mahnı çal, ninni de, sevindir məni,

Təzə şerimi də heç kəsə demə.

Müəllif: Tamella Pərvin



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ