Mənə də yer verərsənmi…

Ay yerdə gəzən qarışqa,

Səni tapdaya bilmərəm.

Səbrimi kəsən qarışqa,

Sənə oxşaya bilmərəm.

Cəsarətim çatmır mənim,

Dayanıb bir yerdə durum…

Daş toplayım, qum sovurum,

Özümə bir yuva qurum.

Mən vətənə daş olsam da,

Vətən mənə baş olmadı.

Məni sapanda qoydular,

Növbədə bir daş olmadım.

Ovçular quş bildi məni,

Yolçular daş bildi məni;

Çəkdim hər bir cəfasını, –

Görən nimdaş bildi məni.

Tənələrdən bezib bir gün

Qarışqa olmaq istəsəm,

Əllərimi üzüb bir gün

Yanında qalmaq istəsəm –

Mənə də yer verərsənmi?

Müəllif: Tamella Pərvin



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ