AD GÜNÜNÜZ MÜBARƏK, İŞLƏRİNİZ AVAND OLSUN !!!

Gözəl şair və əziz dostum Zaur! Ad gününüzü-şad gününüzü təbrik etməmişdən əvvəl Sizin yaradıcılığınız haqqında qəlbimdən süzülüb gələn bir neçə söz demək istəyirəm. Sizin şeirlərinizin hər bir misrası, hər bir bəndi oxucuya mənəvi-əxlaqi fikir aşılayır. Xalq şairi Xaqani Şirvani yazır ki: “Hər bir müəllim şair olmaya bilər, ancaq hər bir şair tərbiyəçi olmağı bacarmalıdır”. Sizin yazdığınız poemalar, poetik rənglər, səslər, sözlər, ahənglər, təsirli bədii xəyallar və məcazlar, təzə bənzətmələr, tutarlı aforizmlər, həkimanə kəlamlarınız sanki müdrik bir nəslin adından deyilir, ifadə edilir. Sizin geniş qəlbiniz abı-neysanla dolu olan payız səmaları kimi dolu, başınız isə dənli sünbüllər kimi həyat təcrübəsi ilə ağırlaşmışdır. Sizin ürəyiniz kövrək olsa da, iradəniz sarsılmazdır. Siz öz yaradıcılığınızla çox sayda oxucuları, əziz xalqı daim irəli aparır, yaşadır və qalibiyyət sahilinə çıxarırsınız.Əziz dostum Zaur! Siz poeziya aləmində böyük nüfuz qazanmısınız və xalqın sevimlisinə çevrilmisiniz. Bu münasibətlə mən Sizin ad gününüzü-şad gününüzü təbrik edirəm. Ulu Tanrıdan Sizə bəşəri nemət olan can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Hörmətlə: KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ