“Qürbətdə parlayan qığılcım” Sima Azadqızı Göyçəlinin kitabı

Türk dünyasının ölməz söz sultanı Aşıq Ələsgərin 200 illik yubleyinin keçirilməsi üçün cənab PREZİDENTİMİZ İLHAM ƏLİYEV SƏRƏNCAM imzalamaışdır. Görkəmli aşığın  kötücəsi (ot öz kökü üstə bitər) Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı keçiriləcək 200 illik yubileyə ən böyük və əsl töhfədir.

Onu da qeyd edim ki, həmin kitab qonşu Türkiyədə “OSCAR” mükafatına və başqa önəmli ödüllərə layiq görülmüşdür. Sima Azadqızının kitabı üç dildə tərcümə olunmuş və dünyanın 30 ölkəsində yayımlanan “Filologiya məsələləri” adlı elmi jurnalda yayımlanmışdır.Kitab şairə xanıma uğur gətirərək “Təhsil mərkəzi” tərəfindən Filologiya üzrə “FƏXRİ DOKTORA” adına da layiq görülmüşdür.

Sima Azadqızı Göyçəli

Kitabda sərgilənən şeirlərə tamaşa edəndə, qarşımızı mayası haqdan yoğrulan bu misralar kəsir:

Haqdan papağım var, hikmətdən çuxam,

Bir sevda gərəkdir, şimşəktək çaxam,

Xəzəl deyiləm ki küləkdən qorxam,

Qürbətdə Parlayan Qığılcımam mən!

Haram tikə yemərəm, halaldan yoğrulmuşam,

“Mən Günəşəm!” demərəm, zülmətdə doğulmuşam,

Nə qaçqın, nə köçkünəm, “Vətəndən qovulmuş”am,

Öz soyumun-kökümün sönməz bəxt ulduzuyam,

Zülmətdə işıq saçan Azərbaycan qızıyam!

Məsələn bu bəndə isə Sima xanımın təhlilinə diqqət edək:

Haqqı dedim, adıma “dəli” dedilər mənim,

Sual etdim, adıma “zəli” dedilər mənim,

Həmdəm oldum, adıma “vəli” dedilər mənim,

Ustadım Haqq özüdür, haqlının haqq sözüyəm,

Zülmətdə işıq saçan Azərbaycan qızıyam!

Çox sevindirici haldır ki, bu “Zülmətdə işıq saçan Azərbaycan qızı” Türk dünyasına səs salan Dədə Ələsgərin kötücəsi- SİMA AZADQIZI GÖYÇƏLİDİR.

Sona Abbasəliqızı

Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru