SAMİR SƏFƏROVUN YAZILARI

Bu gün Bərdə rayonu Yenidaşkənd kəndində Birinci Qarabağ müharibəsində 1994 cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalan Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.

Tədbirdə Bərdə RİH başçısı aparatının, SHXÇDX-in əməkdaşları, şəhid ailələri, şəhidin döyüş yoldaşları, müharibə əlilləri, məktəblilər və kənd ictimaiyyəti iştirak etmişdir. Tədbirdə çıxış edən natiqlər şəhidin döyüş və həyat yolundan bəhs edən çıxışlar edərək Azərbaycan əsgərinin qəhrəmanlıq və vətənpərvərlik nümunəsindən danışmışlar. Tədbirdə şəhid Qulam Qədirovun adına hazırlanmış xatirə bukletləri, diplomlar və lövhələr tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirdən öncə Vətən müharibəsi şəhidlərinin adına inşa olunmuş şəhidlər abidə kompleksi ziyarət olunmuşdur.

Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.

1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.

1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.

19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur.

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

FOTOLAR:

Mənbə: Samir Səfərov

Müəllif: p-k/l-nt Samir SƏFƏROV

Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə lə iş şöbəsinin müdiri

SAMİR SƏFƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru