Design a site like this with WordPress.com
Başla:

YAZARLAR.AZ

…yazarlar, ancaq yazarlar…

LAYİHƏLƏR

ON BİRİNCİ LAYİHƏ

Layihənin adı:

“NƏSİMİ -650 ”

Məqsədi:

Fövqəlbəşər düha olan İmadəddin Nəsimi anmaq və mümkün vasitələrlə (ingilis və rus dillərində onun haqqında olan yazılarla) təbliğ etmək. Sosial şəbəkələrdə əlaqəli məlumatları yayımlayarkən

#nəsimi_650 #nasimi_650 #насими_650 #نسیمی_650 və #nesimi650

haştağlarından istifadə etmək. Bu vasitə məlumatların cəmlənməsinə və əlçatanlığın asanlaşmasına xidmət edəcək.

Müddəti:

10.09.2019- cu ildən – 700 – iliyi tədbirlərinə qədər .

Yer:

Azərbaycan Respublikası və WWW – Limitsiz dünya.

Tədbirlər planı:

Bu foto-simgədən və yuxarıda göstərilmiş haştağlardan istifadə etməklə Nəsimi haqqında ingilis və rus dillərində olan məqalələri toplayaraq yazarlar.az , ustac.az , yazyarat.com saytlarına yerləşdirmək və sosial şəbəkələrdə müvafiq olaraq xarici dilli qruplarda yayımlamaq.

Nəticə:

Fəaliyyət fasiləsiz olaraq (700 – iliyi tədbirlərinə qədər) davam edir.

Qeyd:

Layihənin sayının on bir – iki 1 (11) və başlama tarixinin 10.09.2019 seçilməsi də təsadüfi olmayıb, dahi mütəfəkkirin böyük hürufi şairi olmaısı nəzərə alınaraq məqsədli şəkildə belə seçilmiş və “TAMLIQ – BÜTÖVLÜK-CƏMLƏŞMİŞ TƏKLİK” anlamı daşımaqdadır. “Nəsimi” anlayışı ikinin birdə var olması, iki dünyanın bir məkanda qovuşması, iki canın (ruhun) bir cismdə təcəllisi və nəhayətdə hürufi (rəqəm – riyazi) anlamda 1+1=1 olduğu ilk və yeganə anlayışdır. Bu anlayış – isim sələfləri və xələfləri bəlli olan real həyat haisəsidir. Nəsimi irsi misilsiz ümumbəşəri sərvətdir…

===========================================================

ONUNCU LAYİHƏ

Layihənin adı:

“ 25 YARPAQ”

Məqsədi:

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.

Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimiz (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasını girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir….  #25yarpaq haştağından istifadə olunacaq.

QISA ARAYIŞ:

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər

Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə  “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarxuğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

Müddəti:

01.09.2019- cu ildən – MÜDDƏTSİZ.

Yer:

Azərbaycan Respublikası və WWW – Limitsiz dünya.

Tədbirlər planı:

Bütün yarımçıq qalmış tələbə ömürlərini nəzərə alaraq (20 – 30 yaş arası) Milli Qəhrəmanımız Rövşən Hüseynovun şəhid olduğu yaşı – 25 – əsas götürərək, müəyyən səbəblər üzündən kitablarını nəşr etdirə bilməmiş, oxucu rəğbəti qazanmış şairlərimizin 25 şeirindən ibarət ilk kitablarını “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində nəşr etdirmək. Kitablar ənənəvi formada 100 əd. PULSUZ olmaqla nəşr olunur və elektron (e-kitab) PDF formatda bütün əsas kitabxanalara yerləşdirilir. #25yarpaq haştağından istifadə olunacaq.

Nəticə:

Fəaliyyət müddətsiz olaraq davam edir.

=============================================================

DOQQUZUNCU LAYİHƏ

Layihənin adı:

“MƏN KİMƏM”

Məqsədi:

Yaradıcı insanları daha yaxından tanımaq və tanıtmaq.

Müddəti:

14.06.2019- cu ildən – MÜDDƏTSİZ.

Yer:

WWW – Limitsiz dünya.

Tədbirlər planı:

Tanınmış, hələ o qədər də tanınmamış yaradıcı şəxsə (müəllimə, yazara, rəssəma, bəstəkara, həkimə, idmançıya və s.) onlayın qaydada “Özünüzü necə tanıdardız, necə təqdim edərdiz?” formatında bir sual ünvanlanır alınan cavab heç bir limit və məhdudiyyət olmadan Ustac.az, yazarlar.az və yazyarat.com saytlarında “MƏN KİMƏM” rubrikasında məqalə şəklində yerləşdirilir.

Nəticə:

Fəaliyyət müddətsiz olaraq davam edir.

============================================================

SƏKKİZİNCİ LAYİHƏ

Layihənin adı:

“ANA ŞEİRLƏRİ”

Məqsədi:

Müxtəlif yazarların yazıb, pərakəndə şəkildə müxtəlif vasitələrlə yayımladıqları ana haqqında olan “Ana” adlı şeirlərini toplayıb “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında “Ana şeirləri” adlı kitab – almanax şəklində nəşrini və yayımını, əsas mərkəzi kitabxanalara (həmçinin elektron variantda elektron kitabxanalarda) yerləşdirilməsini təmin etmək.

Müddəti:

12 may 2019 – 12 may 2020

Yer:

Azərbaycan Respublikası və bu dildə yazıb oxumağı bacaranlar üçün sərhədsiz internet məkanı.

Tədbirlər planı:

Göstərilən tarixdə şeirlər toplanır və kitab kimi çap olunur. Şeirlərin toplanması üçün son tarix 12 matr 2020 – ci ildir.

İştirak:

Bu dildə Ana adlı bütün şeirlər qəbul olunur. Şeirlərin toplanması zamanı #ana_şeirləri haştağından istifadə olunacaq.

Nəticə:

=============================================================

YEDDİNCİ LAYİHƏ

Layihənin adı:

“HƏR MƏKTƏBƏ DÖRD KİTAB”

Məqsədi:

Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”)kitabını hər məktəbə dörd kitab olmaqla alıb məktəb və liseylərin kitabxanalarına hədiyyə etmək.

Müddəti:

01.01.2019 – cu ildən başlayaraq, müddətsiz.

Yer:

Azərbaycan Respublikası.

Tədbirlər planı:

  1. Bəxşiş və ianələr hesabına tələb olunan qədər maliyyə qaynağı təmin etmək.
  2. Kitab mağazalarından Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”) kitablarını almaqla və ya kitabları hədiyyə edən olsa qəbul edib toplamaq.
  3. Toplanmış kitabların sayına əsasən məktəbləri müəyyənləşdirib hər məktəb kitabxanasına dörd ədəd olmaqla hədiyyə etmək.
  4. Tədbir haqqında mütəmadi olaraq kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumat vermək. Elektron kütləvi informasiya vasitələrdən və sosial şəbəkələrdən istifadə etdikdə#hermektebe4kitab #palkucesininoglanlari #bayraq #ramilseferovhaştağı vasitəsi ilə qeyd olunmaq.
  5. Sosial şəbəkələrdə və digər elektron vasitələrdə istfadə rtmək üçün
    #hermektebe4kitab   #palkucesininoglanlari  #bayraq   #ramilseferov
    haştaqları yaratmaq.
  6. Gələcəkdə ehtiyac olarsa müəlliflik hüququ olan şəxslərlə razılaşdırıb kitabın yeni kütləvi nəşrlərini təşkil etmək.
  7. Kitabın mütaliəsinə təşviq edici müsabiqə və müzakirələr təşkil etmək.

Nəticə:

Layihə müddətsiz nəzərdə tutulduğu üçün yuxarıda qeyd olunmuş haştaqlardan istifadə etməklə mütəmadi məlumatlandırmanı təmin etmək.

===========================================================

ALTINCI LAYİHƏ

Layihənin adı:

“MÜBARİZ – 31”

Məqsədi:

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım – tanıtım tədbirləri təşkil etmək.

Müddəti:

01.02.2019 – cu ildən, 01.03.2019 – cu ilədək. (Fevral ayı boyunca)

Yer:

Azərbaycan Respublikası və internet üzərindən (ana dilimizdə) beynəlxalq şəbəkəyə çıxışı olan bütün digər dünya ölkələri.

Tədbirlər planı:

  1. Zaur Ustacın “Oriyentir Ulduzu” kitabını pulsuz yayımlanmaq şərti ilə əvvəlcədən müəyyən olunmuş məktəblər, kitabxanalar, nəzərdə tutulmuş tədbirlərin iştirakçıların sayına yetəcək qədər sonuncu beşinci nəşri əsasında təkrar nəşrə hazırlamaq, nəşrini təşkil etmək və təyin olunmuş yerlərə çatdırmaq.
  2. Azərbaycan Respublikası ərazisində biri cəbhə bölgəsində qəsəbə-kənd, biri rayon mərkəzlərinin birində olan qəsəbə-şəhər, biri isə paytaxt Bakı şəhərində yerləşən ən tanınmış məktəblərdən olmaqla 3 məktəb seçmək və hər məktəbdə fərqli ibtidai sinif şagirdləri ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım – tanıtım tədbirləri təşkil etmək. Tədbir iştirakçısı şagirdlərə və həmin məktəblərin kitabxanalarına Zaur Ustacın “Oriyentir Ulduzu” kitabını pulsuz çatdırmaq.
  3. Tədbir boyu istifadə etmək üçün #Mubariz31 haştağı yaratmaq.
  4. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ – 31” adlı anım – tanıtım tədbirlərin gedişi haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumat vermək. Elektron kütləvi informasiya vasitələrdən və sosial şəbəkələrdən istifadə etdikdə #Mubariz31haştağı vasitəsi ilə qeyd olunmaq.

Nəticə:

Layihə uğurla yekunlaşmışdır.

=========================================================

BEŞİNCİ LAYİHƏ

Layihənin adı:

“BAYRAM BAYRAMOV – 100”

Məqsədi:

Gənc yazarları məlumatlandırmaq və bəzi vacib tövsiyələr vermək.

Müddəti:

11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək.

Yer:

Limitsiz (hüdudsuz, sərhədsiz, məhdudiyyətsiz) dünya – İnternet.

Tədbirlər planı:

Görkəmli söz adamı Bayram Bayramovun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, gənc yazarlara kömək məqsədi ilə metodiki tövsiyə xarakterli ON DÖRD yazıdan ibarət “QƏLƏMDAR” adlı məqalələr toplusundan ibarət e-kitab hazırlanıb fəaliyyətdə olan bütün elektron kitabxana bazalarına yerləşdiriləcək. (bu kitabın gələcəkdə Yazarlar jurnalının xüsusi buraxılışı formasında ənənəvi qaydada nəşri də nəzərdə tutulur) Layihənin müddəti 11 dekabr 2018-ci ildən, 11 dekab 2019-cu ilədək olan dövrü əhatə edəcək. Yəni e-kitab bu vaxt ərzində tərtib olunacaq. Ancaq, ənənəvi formada kitab isə Yazarların xüsusi buraxılışlarının planlamasına əsasən növbəti illərdə işıq üzü görə bilər. Dayanıqlı məlumatlandırma məqsədi ilə sosial şəbəkələrdə #bayram_bayramov_100 haştağından istifadə olunacaq.

Nəticə:

Fəaliyyət davam edir …

===========================================================

DÖRDÜNCÜ LAYİHƏ

Layihənin adı:

“ÖDƏNİŞSİZ ANTİSKOLİOZ TƏDBİRLƏR”

Məqsədi:

“USTAC.AZ” Fərdi İnkişaf və Yaradıcılıq  Mərkəzi olaraq, “ÖDƏNİŞSİZ ANTİSKOLİOZ TƏDBİRLƏR” çərçivəsində xeyriyyə aksiyası formatında risk qrupuna daxil olan, həmçinin artıq birinci və ikinci dərəcə skolioz diaqnozu qoyulmuş 10 – 15 yaş arası oğlan və qızları,  açıq havada keçirilən sadə antiskolioz idman hərəkətlərindən ibarət oyun – məşqlərə dəvət etmək. Müəyyən olunmuş müddət ərzində ödənişsiz oyun-məşqlər zamanı sadə lakin olduqca vacib hərəkətləri uşaq və yeniyetmələrə öyrədib, onlarda ilkin sərbəst məşq etmək vərdişləri formalaşdırmaqdan eyni zamanda hərəkətləri yerinə yetirməklə bərabər hamımızın evində olan  qida məhsullarından nizamlı qaydada necə istifadə etmək barədə məlumat verməkdən ibarətdir.

RİSK QRUPUNA DAXİL OLAN UŞAQLAR:

Artıq 10 yaşı tamam olmuş arıq, uzun, zəif, qan azlığı olan xüsusi ilə qız uşaqları “S” – vari skolioza aşırı dərəcədə meyillidirlər.

Müddəti:

Ödənişsiz aksiya 10 dekabr 2018 – ci ildən, 10 mart 2019 – cu ilədək  (üç ay) davam edəcək. 

Yer:

Bakı şəhəri.

Oyun – məşqlərin keçriləcəyi yer: – Yasamal Parkı Uşaq Oyun Meydançası.

Vaxt: – Həftənin I, III, V günləri saat 18:05-dən 19:35-dək.

Tədbirlər planı:

         Hava şəraiti münasib olduğu (güclü küləkli və yağışlı havalar istisna  olmaqla)  yuxarıda qeyd olunmuş bütün günlər, müəyyən olunmuş vaxtda fasiləsiz olaraq oyun – məşqlər keçirilməsini təşkil etmək.

BU YAZINI OXUYUB, EHTİYAC HİSS EDƏN HƏR KƏSİN QATILA BİLMƏSİ ÜÇÜN ŞƏRAİT YARATMAQ.

Tədbirin – xeyriyyə aksiyasının davam etdiyi müddətcə mütəmadi olaraq kütləvi informasiya vasitələrində bu barədə məlumat vermək.

Məlumatlandırma zamanı elektron kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etdikdə #antiskoliozhaştağı vasitəsi ilə qeyd olunmaq.

Nəticə:

Layihənin vacibliyini və ona olan marağı nəzərə alıb müddəti bir ay daha uzatdıq və yalnız bu gün 10 aprel 2019- cu ildə yekunlaşdı. Ehtiyac olarsa gələcəkdə də bu tip tədbirlər davam edəcək.

QEYD:

Faydalılıq əmsalının təyini düstur: İS X CY = C / CGS

===========================================================

ÜÇÜNCÜ LAYİHƏ

Layihənin adı:

“KƏRƏMLİ – 700”

Məqsədi:

Görkəmli şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanin (21.04.1322 -ci il Şamaxı. – 22.06.1371 – ci il Moskva.) anadan olmasının 700 illiyi münasibəti ilə yubiley (anım – tanıtım) tədbirləri təşkil etmək və həyata keçirmək.

Müddəti:

Başlama vaxtı: 21.07.2018 – ci il. Bitmə vaxtı: 22.06.2022 – ci il.

Yer:

Bakı, Şamaxı (Azərbaycan), Təbriz, Moskva və internet üzərindən (ana dilimizdə) beynəlxalq şəbəkəyə çıxışı olan bütün digər dünya ölkələri.

Tədbirlər planı:

  1. Zaur Ustacın görkəmli memar Əliş bəy Kərəmlinin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə aldığı “Əliş və Anna” poemasını ana dilimizdə yazıb-oxuyan, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın hamısının maneəsiz istifadə edə bilməsi üçün iki qrafikada həm hal-hazırda bizim istifadə etdiyimiz Az-Lat, həm də 
    paralel olaraq Ərəb qrafikalı Əski əlifba ilə kitab şəklində ənənəvi və elektron qaydada nəşr olunmasını, yayımını, mərkəzi kitabxanalara yerləşdirilməsini təmin etmək. Məlumatlandırma zamanı elektron kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etdikdə #keremli700 haştağı vasitəsi ilə qeyd olunmaq.
  2. Məktəblilər, tələbələr, və araşdırmaçı yazarlar arasında inşa – esse müsabiqələri təşkil etmək.
  3. 2019 – cu ilin aprel ayında müsabiqələri elan etmək, qalibləri 2020 – ci ildə şagirdlər, 2021 – ci ildə tələbələr və 2022 – ci ildə araşdırmaçı-yazarlar olmaqla üç kateqoriyada mükafatlandırmaq.
  4. Yekun olaraq toplanmış inşa-esselərdən və “Əliş və Anna” kitabı haqqıhda yazılmış resenziyalardan, məqalələrdən, çəkilmiş rəsmlərdən ibarət “ƏLİŞ BƏY KƏRƏMLİ – 700” adlı kitabın nəşrini, yayımını və kitabxanalara yerləşdirilməsini təmin etmək.
  5. Rəssamlıq Akademiyasının tələbələri və rəssamlar arasında bədii ədəbiyyatda olan təsvirlər əsasında Əliş bəy Kərəmlinin portretinin sifariş-müsabiqəsini keçirmək.
  6. Yalnız bir portreti qalib və qəbul elan edib, mükafatlandırmaq.
  7. Seçilmiş portreti Əliş bəy Kərəmlini rəsmi portreti elan edib tanıtmaq və aidiyyatı üzrə internet resurslarına yerləşdirmək.

Nəticə:

===========================================================

İKİNCİ LAYİHƏ

Layihənin adı:

“DAĞLAR – 200”

Məqsədi:

Dahi Azərbaycan mütəfəkkir – aşığı, el ağsaqqalı Dədə Ələsgəri anmaq və anadan olmasını 200 illiyi münasibəti ilə yubiley tədbirləri təşkil etmək.

Müddəti:

Başlama vaxtı: 21.03.2018 – ci il. Bitmə vaxtı: 21.03.2021 – ci il.

Yer:

Azərbaycan və internet üzərində beynəlxalq şəbəkəyə çıxışı olan digər dünya ölkələri.

Tədbirlər planı:

  1. Aşığın özünün yaratmış olduğu “Dağlar” adlı nümunələrdən örnək alaraq, böyük şairimiz, dahi söz ustası Səməd Vurğunun yazmış olduğu eyni adlı nümunlərin də yer alacağı, müasir yazarlarımızın yaratdıqları əsərlərdən ibarət “DAĞLAR” adlı nəzm toplusu – poetik almanax tərtib və nəşr etmək. Kitabın yayımını və müəlliflərin razılığı ilə elektron kitabxanalara yerləşdirilməsini təmin etmək.
  2. Layihə barədə toplama müddəti boyunca mütəmadi olaraq müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumat vermək.
  3. Heç bir məhdudiyyət olmadan bütün söz adamlarının – “Dağlar” adlı nəzm nümunələri müəlliflərinin layihəyə qatılımını təmin etməyə çalışmaq.
  4. “Dağlar” adlı şeirlərini və yeni yazacaqlarını paylaşdıqları zamanı  #daglar200  haştağından istifadə etməklə, e-poçta göndərməklə, şəxsən təqdim etməklə iştirak edə bilmələrini təmin etmək. (Heç bir ödəniş nəzərdə tutulmur və limit yoxdur. Dağlar adlı istənilən nümunə göndərilə bilər. Toplama müddəti 29.04.2018-dən 29.04.2019-dək nəzərdə tutulur. İştirakçı və şeir sayı barədə heç bir məhduddiyyət yoxdur).
  5. Layihə ilə əlaqədar #daglar200  haştağı yaratmaq və ondan istifadəni təmin etmək.
  6. Toplama müddətini 29.04.2018-dən 29.04.2019 -dək elan etmək.
  7. Nümunələrin qeyd olunmuş müddətdə müəyyən edilmiş üsullarla toplanmasını təmin etmək.

Nəticə:

===========================================================

BİRİNCİ LAYİHƏ

Layihənin adı:

“ZAUR USTAC YARADICILIĞININ 30 İLLİYİ” yubiley tədbirləri.

Məqsədi:

Yazarın yaradıcılıq yoluna işıq salmaq, tanıtım, təbliğat, xatirə təyinatlı yubiley tədbirləri təşkil etmək və həyata keçirmək.

Müddəti:

Başlama vaxtı: 01.01.2018. Bitmə vaxtı: 01.01.2019.

Yer: 

Azərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Finlandiya, İspaniya, ABŞ və internet üzərindən beynəlxalq şəbəkəyə çıxışı olan bütün digər dünya ölkələri.

Tədbirlər planı:

  1. Zaur Ustacın 30 illik ədəbi yaradıcılığı haqqında tam təsəvvür yarada biləcək, seçilmiş şeirlərindən və digər vacib məlumatlardan ibarət “OTUZ İLDİR ƏLDƏ QƏLƏM” adlı kitab tərtib etmək, eyni zamanda həm ənənəvi, həm də elektron qaydada nəşrini təşkil edib mühüm mərkəzi kitabxanalara yerləşdirmək, kütləvi tədbirlərdə pulsuz yayımını təşkil etmək.
  2. İnternet üzərindən qonşu ölkələr də daxil olmaqla ana dilimizdə yazıb-oxumağı bacaran, bizim danışdığımız Uca Yaradanın bir lütfü olan bu şipşirin dildə anlayan, danışan, fikir yürüdən hər bir şəxsin qatılmaq imkanı olduğu “OTUZ ŞEİR, OTUZ FİKİR” adlı Zaur Ustac və onu yaradıcılığı haqqında sorğu keçirmək.
  3. Zaur Ustac haqqında fotolardan ibarət “ÖMRÜN ANLARI”, internet üzərindən keçirilmiş eyni adlı beynəlxalq sorğunun nəticələrinə əsaslanaraq “OTUZ ŞEİR, OTUZ FİKİR” kitablarını tərtib edərək, nəşrini təşkil etmək və fəaliyyətdə olan bütün elektron kitabxanalara yerləşdirmək.
  4. Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə 2 (iki) fərqli nümunədə Xatirə Poçt Markalarının buraxılışını və yayımını təşkil etmək, nümunələri aidiyyatı üzrə müxtəlif internet resurslarına yerləşdirmək.
  5. Yazarları həvəsləndirmək və dəstəkləmək məqsədi ilə yeni kitabların nəşrinə görə verilən “ZİYADAR” MÜKAFATINI təsis etmək.
  6. Az tanınmış və ya heç tanınmamış yaradıcı şəxsləri tanıtmaq, həvəsləndirmək, gördüyü işləri yayımlamaq məqsədi ilə ildə bir dəfə, yalnız bir nəfərə təqdim olunan “USTAC” MİLLİ MÜKAFATINI təsis etmək.
  7. 1988 – ci ildən 2018 – ci ilədək Zaur Ustacın ənənəvi qaydada nəşr olunmuş bütün kitablarının dünyanın istənilən məntəqəsində olub, dilimizdə oxuyub, anlamağı bacaran oxuculara əlçatanlığını təmin etmək məqsədi ilə elektron variantda yenidən nəşrini təşkil etmək və hal-hazırda fəaliyyətdə olan bütün elektron kitabxanalara yerləşdirmək.

Nəticə:

Layihə tədbirləri planlaşdırıldığı kimi tam həcmdə yerinə yetirilmişdir.

27.12.2018 – ci il. Bakı ş.

=========================================================

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

                                                Əlaqə:

Tel: (+994) 70-390-39-93        E-mail:   zauryazar@mail.ru

 WWW.USTAC.AZ                                    © Zaur USTAC.

“…YAZARLAR, ANCAQ YAZARLAR…” ZAUR USTAC

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

QEYD:

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

%d bloqqer bunu bəyənir: