KƏMALƏ HACIQIZININ SÖZ DÜNYASI

AYRILIQ

Məhəbbətə,sevgiyə, son qoyandır,
Qəlbi yaxıb yandırandı ayrılıq.
Elə bil qəsd edib külə döndərib,
Könülləri talayandı ayrılıq.

Deyirlər ayrılıq çətindir hər an,
Bu sözdən hər zaman sarsılır insan.
Bu sözün kökünü açsalar inan,
Alov olub, yandırandır ayrılıq.

Ah çəkib köks ötürüb kövrəlirəm,
Hıçqırtımı içdə boğmaq istəyirəm,
Bu sevgidən daha heçnə gözləmirəm,
Arzuları talayandı ayrılıq.

Mənasın dəyişsən inan sözümə
Yalnız ayrılıqlar gələr üstümə,
Heç ərinməz,bu dünyanın saf üzünə
Qırıq- qırıq, yamaq vurur ayrılıq.

Yuxusuz gecələrdən, göz yaşından,
Xəbər verər saf qəlbin harayindan,
Danışmayaq ayrılığın adından,
Yer üzundən qoy silinsin ayrılıq.

Pislərin,mənfilərin müsbəti var,
Gecələrin çox işıqlı gündüzü var,
Ayrılığın şirin kimi vüsalı var.
Kaş olmaya heç vüsalsız ayrılıq.
07.12..2019.

<<< KƏMALƏ HACIQIZININ SÖZ DÜNYASI >>>

ALLAHIMLA SÖHBƏTİM

Fəğan etmiş bir gül idim,
İndi düşdüm gülzarıma,
Seyri itmiş tərlan idim, indi döndüm oylağıma.
Sürüsündən ayrı düşmüş,bir quzu tək,
İndi gəldim yaylağıma.
Qanadları sınmış idim,pərvazlanıb göyə uçdum.
Çeşməsi quruyan bir bulaq idim
Çağladım hey…
Coşdum, axara düşdüm.
Eniş idim, yoxuş idim, elə bilki, itmiş idim.

Düz yol olub düşdüm yola,
Bu yollardan təkcə sənə əl uzatdım.
Bu dünyada səni sevən bir məşuqam,
özün məni məşuq etdin.
Mən qarşında bir məhkumam,
Özün, məni hakim etdin,
İnamımı ,etibarı sənə etdim.
İndi tapdım ünvanımı,məkanımı, sənə olan muradımı.
Atalarsa doğru demiş, haqq tapacaq öz yerini,
Kamil insan,özü bilir öz yerini.
Kəmalənin hər diləyi,son ümidi sən.
Sən göstərdin yaradanım, məkanımı
O məkanım, o ünvanım
Göylərə açılan iki qollarım, sənsən, sənsən ünvanım, yaradanım!

07.12.2019

<<< KƏMALƏ HACIQIZININ SÖZ DÜNYASI >>>

DÜNYAYA ARZU

Arzum budur, kaman olsun tar olsun ,

Sevgillilər bir biri ilə yar olsun,
Bu dünyada qüssə-kədər az olsun.
Tale qələmimiz xoş yazar olsun.

Ayrılıq sözünə çəkilsin qələm,
Dönsün Gülüstana el oba aləm.
Sevgi bağçasına açılsın qədəm.
Sevən sevdasına eşq sarar olsun.

Vüsal nəğməsiylə açılsın səhər.
Ətrafı bəzəyən gül-çiçək olsun.
Şirin arzularla qoy vursun ürək,
Könüllər sevinsin bəxtiyar olsun.
Xəzan baxçasında gül çiçək bitsin,
Bülbül cəh- cəh vursun,ürəkdən ötsün.
Odlu sevgisiylə oğlanlar, qızlar,
Könüllər versinlər,toy büsat olsun.

07. 12 2019.

Müəllif: KƏMALƏ HACIQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru