DEMƏSİNLƏR

Belə olub ta əzəldən əzizim,
Göz yaşıyla qolboyundu məhbbət.
Kimisinə ürəyinin qıbləsi,
Kimisinə bir oyundu məhəbbət.

Arzuları çoxdan qara geyinib,
Bəyaz-bəyaz yarpaq açan gözlərin.
Üz gözünə həsrət yağır qar kimi,
Ayaq altda inildəyən sözlərin.

Sevgisindən yıxılmış bir ürəyin,
Ağrisını Allah bilir, bir də mən.
Çox axtardım könlümdəki özümü,
Azıb qaldım sən adlı bir sirdə mən.

Son görüşün son anını götürüb,
Gözlərinlə gözlərimə bağla, get
Deməsinlər kimsəsizdi dünyada,
Mən qəribi bircə misra ağla,get.

11.06.2020.

Müəllif: Ülkər Nicatlı

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ