
ZƏFƏR SORAĞI
İlahi, daşına dil ver, danışsın,
Səsi kainatı gəzsin, dolaşsın,
Haqqın səsi ilə dünya barışsın,
Üzülsün yurdumdan düşmən ayağı,
Gəlsin ordumuzun zəfər sorağı.
Çaxsın ildırımı var qüvvəsiylə,
Yandırsın oduyla, od nəfəsiylə,
Körpələr durmasın mərmi səsiylə,
Sönməsin kimsənin odu, ocağı,
Gəlsin ordumuzun zəfər sorağı.
Yan, yanan millətin dərdi -sərinə,
Yarası köksündə düşüb dərinə,
Bütün dünya bilsin haqqın yerinə,
Doğma torpağıdır xalqın marağı,
Gəlsin ordumuzun zəfər sorağı.
Döyüşək düşmənlə son ana qədər,
Yediyin-içdiyin qusana qədər,
Top-tüfəng səsləri susana qədər,
Arxalı dığadan alaq torpağı,
Gəlsin ordumuzun zəfər sorağı.
Niyə qorxu çəkək, niyə qəm çəkək,
Niyə şəhid verək, göz yaşı tökək?
Yurdun yaxasını yadlara tikək,
Ensin hökmün ilə düşmən bayrağı,
Gəlsin ordumuzun zəfər sorağı.
Müəllif: Etibar Cavad
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ